• cümə, 29 Mart, 06:03
  • Baku Bakı 5°C

Bakıda enerji verilməsində problem yaranıb

12.12.13 10:10 1334
Bakıda enerji verilməsində problem yaranıb
«APA-Economics»in məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən Bakının Binəqədi rayonunun Sulutəpə, Abşeron rayonunun Fatmayı qəsəbəsi və digər yaşayış massivlərində işıqlar artıq neçə saatdır yanmır.
Qəsəbə sakinlərinin sözlərinə görə, Sulutəpə qəsəbəsinə gedən əsas elektrik naqilləri qırılıb və bu səbəbdən qəsəbədə dünən axşamdan elektrik enerjisinin verilməsində problemlər yaranıb.
Qeyd edək ki, adı çəkilən ərazilərdə elektrik xətləri ötən il yenilənib.
banner

Oxşar Xəbərlər