• çərşənbə axşamı, 16 aprel, 13:44
  • Baku Bakı 19°C

Bakıda əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi saxlanıldı

03.12.20 17:30 499
Bakıda əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi saxlanıldı
Bakıda ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi aşkarlanıb.
DİNin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi - Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb.
Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.
Onun barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
banner

Oxşar Xəbərlər