• cümə axşamı, 25 aprel, 07:44
  • Baku Bakı 14°C

Bakıda əks yola çıxıb, sonra da digər sürücüyə hücum edən şəxs həbs edilib

14.05.20 09:45 742
Bakıda əks yola çıxıb, sonra da digər sürücüyə hücum edən şəxs həbs edilib
Mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində "Changan" markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gələn sürücü – 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunmayan, Sabunçu rayonu Maştağa qəsəbə sakini Kamal Nəcəfov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindənAZƏRTAC-verilən məlumata görə, K.Nəcəfov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.
banner

Oxşar Xəbərlər