• cümə axşamı, 28 mart, 20:40
  • Baku Bakı 13°C

Bakıda "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçirilib

29.05.17 16:30 1211
Bakıda "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçirilib
Qazaxıstanın Azərbaycandakı səfirliyində "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçirilib.
APA-nın məlumatına görə, tədbirə Qazaxıstan və Macarıstanın Azərbaycandakı səfirləri, millət vəkilləri, AMEA-nın üzvləri, azərbaycanlı və qazaxıstanlı tarixçi alimlər qatılıblar.
Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev nəzərə çatdırıb ki, Qazaxıstan alimləri dünyada qədim qıpçaq, türklər və hunların tarixini daha geniş araşdırmaq məqsədilə ekspedisiyaya çıxıblar. Qazaxıstanın xalq qəhrəmanı, ordu generalı Sadaqat Nurmaqambetovun adını daşıyan beynəlxalq ictimai-xeyriyyə fondunun təşkil etdiyi ekspedisiya 2 il müddətinə nəzərdə tutulub. Hazırda alimlər Azərbaycandadır: "Azərbaycan alimlərin səyahət etdiyi üçüncü ölkədir. Layihə 30 ölkəni əhatə edəcək”.
Macarıstanın Azərbaycandakı səfiri İmre Laslostski böyük sərkərdə Atillanın türk xalqların ümumi qəhrəmanı olduğunu deyib. Onun fikrincə, Azərbaycan dilində Atilla haqqında kitablar dərc olunmalıdır: "Macar xalqını formalaşdıran 7 qəbilədən 4-ü türk mənşəlidir, türk sözlərin macar dilində sayı isə 3000-dən çoxdur. Qıpcaq qəbilələrinin müasir övladları hazırda Macarıstanda da yaşayır”.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk xalqlarına məxsus geniş irsin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.
TÜRKPA -nın baş katibi Jandos Həsənov bildirib ki, türk ölkələri arasında məlumat mübadiləsi qənaətbəxş səviyyədə deyil.
Ekspedisiyanın başçısı Sapar İskakovun sözlərinə görə, qıpcaq dilində ilk kitab 800 il əvvəl yazılıb.
Qeyd edək ki, qazaxıstanlı alimlər Azərbaycandan sonra Gürcüstan, Ukrayna, Sloveniya, Polşa, Macarıstan, Almaniya, İtaliya, Vatikan və Fransaya səfər edəcəklər.
banner

Oxşar Xəbərlər