• çərşənbə axşamı, 19 mart, 10:24
  • Baku Bakı 8°C

"Bakıda Dünya Kubokunda bütün gimnastların qələbə üçün eyni şansları olacaq"

16.02.19 11:15 654
"Bakıda Dünya Kubokunda bütün gimnastların qələbə üçün eyni şansları olacaq"
Bakıda Dünya Kubokunda batut və tamblinqdə üzrə iştirak edən bütün gimnastların qələbə üçün eyni şansları olacaq. Bunu Trend-ə Kanadalı gimnast və ikiqat Olimpiya çempionu Rozanna Maklennan deyib.
R.Maklennan bildirib: "Düşünürəm ki, hər kəsin qalib gəlmək üçün potensialı var. Mən var-gücümü ortaya qoymaq niyyətindəyəm”.
Gimnastın əsas məqsədi Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya qazanmaqdır: "Dünya Kubokuna hazırlıq çox yaxşı gedir, özümü möhtəşəm hiss edirəm. 2015-ci ilin batut üzrə Dünya Çempionatı və 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarını karyeram ərzində ən çətin yarışlar hesab edirəm”.
R.Maklennanın fikrincə, Çin, Rusiya, Belarus, Böyük Britaniya yığmaları ən güclü komandalardır.
Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək.
Turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019 və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.
Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutacaq yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır.
Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edəcəklər.
İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.
Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” kuboku da təqdim olunacaq.
banner

Oxşar Xəbərlər