• cümə, 29 Mart, 12:23
  • Baku Bakı 14°C

Bakıda doğuş zamanı körpə ölümünün ilkin səbəbləri açıqlandı

07.12.13 10:38 1454
Bakıda doğuş zamanı körpə ölümünün ilkin səbəbləri açıqlandı
Doğum Evinin baş həkimi Xatirə Murtuzayevanın APA-ya verdiyi xəbərə görə, Naxçıvan sakini, 1982-ci il təvəllüdlü Xəyalə Abdulla qızı Əsgərova dünən doğum evinə doğuşa gətirilib: “Doğuşun normal getmədiyini və qanaxmanın olduğunu görən həkimlər ananı əməliyyata götürülüblər. Lakin əməliyyat nəticəsində ana xilas olsa da, körpəni xilas etmək mümkün olmayıb”.
Baş həkimin sözlərinə görə, körpənin ölümünün ilkin səbəbləri artıq məlumdur: “Belə ki, körpənin ölümünə səbəb göbək ciyəsinin dölün boynuna 3 dəfə dolanması, həmçinin göbək ciyəsinin qişalı bitişməsi olub. Bunların nəticəsində də ana da doğuş zamanı güc verəndə uşaqda qidalanma pozulub və nəticədə körpəni saxlamaq mümkün olmayıb”.
Baş həkim qeyd edib ki, doğuş zamanı anada hipertonik qanaxma olub. Hazırda ananın qan azlığı var və anemiyaya qarşı mübarizə aparılır. Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində araşdırma aparılır. Araşdırmadan sonra hadisənin dəqiq səbəbi və kimin günahından baş verməsi məlum olacaq.
banner

Oxşar Xəbərlər