• cümə, 29 Mart, 17:46
  • Baku Bakı 14°C

Bakıda dostunu öldürüb Gürcüstana qaçdı...

03.06.19 21:35 867
Bakıda dostunu öldürüb Gürcüstana qaçdı...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Əli Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 13 il azadlıqdan məhrum edilib.
İttihama görə, 2017-ci il fevralın 28-də Bakının Bayıl qəsəbəsində 1985-ci il təvəllüdlü Ə.Nağıyev mübahisə zəminində dostu Nail Abdurəhmanovu bıçaqlayaraq qətlə yetirib. Daha sonra Ə.Nağıyev Gürcüstana qaçıb. Bir müddət sonra o, Gürcüstanda saxlanılaraq Bakıya ekstradisiya edilib.
banner

Oxşar Xəbərlər