• cümə, 19 Aprel, 23:28
  • Baku Bakı 24°C

Bakıda dönərdən zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi başlanıb

27.06.19 12:37 671
Bakıda dönərdən zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi başlanıb
İyunun 25-də 20 nəfər Bakı şəhər sakini "qida zəhərlənməsi” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Prokurorluqdan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, həmin şəxslər qeyd edilən tarixdə paytaxtın Xətai rayonu, Babək prospekti 65 ünvanda yerləşən maşın bazarında fəaliyyət göstərən "Qədir xum” adlı dönərxanadan dönər alıb yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət etmişlər.
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə dönərxanaya baxış keçirilmiş, nümunələr götürülərək laborator müayinəsinə göndərilmişdir.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmış, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilmişdir.
Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
banner

Oxşar Xəbərlər