• cümə axşamı, 25 aprel, 20:30
  • Baku Bakı 21°C

Bakıda dəyişkən buludlu hava şəraiti gözlənilir

18.07.13 11:55 1471
Bakıda dəyişkən buludlu hava şəraiti gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, temperatur gecə 20-24 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 25-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 31-36, dağlarda gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.
Yaxın 2 gündə Abşeron yarımadasında güclü xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
banner

Oxşar Xəbərlər