• cümə axşamı, 25 aprel, 12:09
  • Baku Bakı 23°C

Bakıda “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının açılış mərasimi keçiriləcək

31.07.17 12:50 3961
Bakıda “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının açılış mərasimi keçiriləcək
"Beynəlxalq Ordu Oyunları – 2017” çərçivəsində ölkəmizdə keçiriləcək "Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi avqustun 1-də saat 18.30-da Bakı Dənizkənarı Bulvarında (Saat qülləsinin qarşısında) başlanacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, açılış mərasimində ictimaiyyət nümayəndələri, şəhər sakinləri, hərbçilər və ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin nümayəndələri iştirak edəcəklər.
Qeyd olunub ki, yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, eləcə də, müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
banner

Oxşar Xəbərlər