• cümə, 29 Mart, 15:48
  • Baku Bakı 14°C

Bakıda dəhşətli qəza: uşaq öldü, nənəsi xəstəxanaya aparıldı

13.05.13 13:45 1362
Bakıda dəhşətli qəza: uşaq öldü, nənəsi xəstəxanaya aparıldı
Bu gün günorta saatlarında Bakıda dəhşətli yol qəzası baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Qurd qapısı adlanan ərazinin yaxınlığında, Badamdar qəsəbəsini dairəvi yola birləşdirən yolda “Toyota” markalı avtomobil yaşlı qadını və onun nəvəsini vurub.
Zərbənin gücündən qadının qucağındakı uşaq xeyli məsafə aralıya düşüb və hadisə yerindəcə keçinib. Qadın isə təcili tibbi yardım maşını ilə aparılıb. Onun vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.
Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırmalar başlanılıb.
Polis həmçinin zərərçəkənlərin adının dəqiqləşdirilməsinə çalışır.
banner

Oxşar Xəbərlər