• cümə axşamı, 25 aprel, 13:04
  • Baku Bakı 23°C

Bakıda dəhşətli qəza: 17 yaşlı oğlan Gelandewagen-də yandı

28.06.13 14:03 2851
Bakıda dəhşətli qəza: 17 yaşlı oğlan Gelandewagen-də yandı
Bakıda gecə saatlarında baş verən dəhşətli hadisənin təfərrüatları məlum olub.
Belə ki, FHN-in yaydığı məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda yol-qəza hadisəsi nəticəsində "Mercedes" markalı minik avtomobilinin alovlanması nəticəsində sürücü yanıb. Maşın Səfərova Lalə Telman qızına aid olduğu üçün yanan şəxsin də məhz həmin xanımın olduğu ehtimal olunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gecə baş verən hadisədə yanan şəxs Lalə Səfərova deyil, qardaşı 17 yaşlı Hənifəyev Teymur olub. Hadisə zamanı Teymurun maşında tək olmadığı bildirilir, digər şəxsləri xilas etmək mümkün olsa da, Teymurun meyiti avtomobildə yanıb.
Qeyd edək ki, faciəvi şəkildə həlak olan oğlanın atasının Bakıdakı şifer zavodlarından birinin rəhbəri olduğu deyilir, bacısı Lalə Hənifəyevanın isə bu yaxınlarda ailə qurduğu bildirilir.
Daxili İşlər Nazirliyi də sözügedən qəza ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, iyunun 27-də saat 23.45 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Mahir Salmanovun idarə etdiyi “VAZ-2104” markalı və “Mercedes” markalı avtomaşınlar toqquşub, sonradan “Mercedes” markalı avtomaşın aşaraq yanıb. “Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Nəticədə “Mercedes” markalı avtomaşının sürücüsü yanaraq ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
X X X
Ötən gecə Bilgəh kəndiqəsəbəsində ağır yol qəzası baş verib. Musavat.com yazır ki, böyük sürətlə hərəkət edən 10 OH 222 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen" başqa avtomobilə çırpılaraq çevrilib və yolun kənarındakı bağ evinin divarına girib.
Zərbə nəticəsində avtomobil yanıb və maşındakı gənc oğlan həlak olub. Alov söndürüldükdən bir saat sonra onun cəsədini maşından çıxarmaq mümkün olub.
Sabunçu rayon 14-cü polis bölməsindən bildirilib ki, mərhum 17 yaşlı Teymur Hənifəyevdir. İlkin məlumatlara görə, o, atası Telman Hənifəyevə məxsus avtomobilin sükanı arxasında olub.
Eyni zamanda faciə şahidləri bildiriblər ki, Mercedes Gelandewagen və Mustang Chevrolet yeni dairəvi yolda böyük sürətlə gedirmiş. Gelandewagen qarşıdan gələn Jiqulu ilə toqquşub və zərbədən bir neçə dəfə çevrilib, evin divarını dağıdıb.
Həmçinin şahidlərin sözlərinə görə, Mustang-da olanlar Gelandewagen-də olan bir neçə sərnişini çıxarıblar və hadisə yerindən gediblər. Onların hamısı gənclər olub.
banner

Oxşar Xəbərlər