• cümə, 26 Aprel, 04:42
  • Baku Bakı 16°C

Bakıda "Dayanıqlı inkişaf üçün enerji" VII beynəlxalq forumu keçirilir

18.10.16 11:14 1074
Bakıda "Dayanıqlı inkişaf üçün enerji" VII beynəlxalq forumu keçirilir
Bu gün Bakıda "Dayanıqlı inkişaf üçün enerji" VII beynəlxalq forumu, "Bərpa olunan energetikanın inkişafı" beynəlxalq konfrans və Bərpa olunan enerji və enerji səmərəliliyi üzrə ekspertlər qrupunun növbəti sessiyası öz işinə başlayıb.
"APA-Economics" xəbər verir ki, konfrans Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Azərbaycan hökuməti vəBMTAvropa İqtisadi Komissiyası (AİK) tərəfindən keçirilir.

Tədbirdə AİK-in 56 üzv dövlətindən vəBMT-nin digər regional komissiyalarına üzv olan ölkələrdən 300-dən artıq hökumət rəsmiləri, beynəlxalq enerji ekspertləri, maliyyə və işgüzar sektorun nümayəndələri, elmi tədqiqatçılar, alimlər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Tədbirlər çərçivəsində davamlı inkişaf hədəflərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi, "Paris iqlim sazişi"ndən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət planından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpa olunan enerji mənbələrinin və enerji səmərəliliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm məsələlər müzakirə olunacaq.

Forum çərçivəsində plenar iclaslarla yanaşı yüksək səviyyəli iclaslar, paralel seminarlar və 4 gün ərzində obyektlərə səfərlər həyata keçiriləcək. 300-dək beynəlxalq enerji eksperti, hökumət rəsmiləri, biznes, maliyyə sektorunun nümayəndələri, alimlər və vətəndaş cəmiyyəti üzvləri Foruma qatılaraq dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində təcrübə mübadiləsi aparacaq. Foruma "Bərpa olunan Energetikanın inkişafı” beynəlxalq konfransı, həmçinin ilk dəfə olaraqBMTAİK-in Bərpa olunan Enerji və Enerji Effektivliyi üzrə Ekspertlər qrupunun növbəti sessiyaları daxil olacaq. Paralel seminarlara Bərpa Olunan Enerji İnvestisiyaları üzrə Siyasi İslahatlar Seminarı, Mərkəzi Asiya İqtisadiyyatı üzrəBMT-nin Xüsusi Proqramının( SPECA) - Enerji, Su və Ətraf Mühit üzrə Tematik İşçi Qrupu və Bərpa Olunan Enerjinin üfüqləri üzrə seminarlar daxildir.

Qeyd edək ki, "Dayanıqlı İnkişaf üçün Enerji” 7-ci beynəlxalq forum oktyabrın 21-dək davam edəcək.

banner

Oxşar Xəbərlər