Bakıda darmadağın və “dubl”lar

Bakıda darmadağın və “dubl”lar

İdman
24 Sentyabr 2012, 08:03 1316
İkinci oyun günündə daha 4 görüş baş tutub. C qrupunda Meksika Yeni Zelandiyaya minimal hesabla qalib gəldiyi halda, Yaponiya Braziliyanı darmadağın edib. D qrupunda isə Almaniya Qananı minimal, Çin isə Uruqvayı böyük hesabla yenib.

C qrupu
Meksika – Yeni Zelandiya - 1:0
Qol: Fernanda Perez, 36
Bakı,”Bayıl Arena”
Baş hakim: Yana Adamkova (Çexiya)

Braziliya – Yaponiya - 0:5
Qollar: Rika Masuya, 2; 17. Yui Narumiya, 49; 63. Nina Sugita, 63
Bakı,”Bayıl Arena”
Baş hakim: Katalin Kulşar (Macarıstan)

D qrupu
Qana – Almaniya - 1:2
Qollar: Jane Ayieyam, 80 - Vivien Beil, 13. Paulin Bremer, 19
Bakı, "Dalğa Arena"
Baş hakim: Alondra Arelyano (Meksika)

Uruqvay - Çin - 0:4
Qollar: Jiali Tanq, 23. Çen Çanq, 34; 41, Yueyun Lu, 79
Bakı, "Dalğa Arena"
Baş hakim: Moraq Piri (Şotlandiya)