• cümə axşamı, 28 mart, 19:08
  • Baku Bakı 13°C

Bakıda daha iki küçənin bir hissəsi təmir edilib

07.09.16 15:53 932
Bakıda daha iki küçənin bir hissəsi təmir edilib
Bakı şəhərininYasamal rayonunda Həsən Məcidov və Nizami rayonunda Nəsimi küçələrinin bir hissəsi təmir edilib. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan xəbərdə bildirilir ki, Nəsimi küçəsinin Qara Qarayev prospekti ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyədək olan hissəsində (təqribən 600 metr)təmir işləri aparılıb. Küçəni eni təxminən 13 metrdir.
Təmir işləri çərçivəsində yolun 7850 kv.mərazisində köhnə asfalt-beton örtüyü tam olaraq yenilənib, mövcud səkilər bərpa olunaraq asfaltlanıb, kənarlarına 1135 poqonmetr yeni səki daşı düzülüb, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenisi ilə əvəz olunub. Bundan başqa, zəruri olan yerlərdə yol nişanları qoyulub, piyada zolaqları çəkilib və yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.
Analoji işlər H.Məcidov küçəsində də aparılıb. Bu küçənin Həsənbəy Zərdabi və Zahid Xəlilov küçələri arasında yerləşən təqribən 200 metrlik hissəsi təmir olunub. Sözügedən küçənin 5 min kv.msahəsinə yeni asfalt-beton örtüyü döşənib.Qeyd edək ki, Həsən Məcidov küçəsinin eni 25 metr təşkil edir.
banner

Oxşar Xəbərlər