• cümə, 29 Mart, 00:22
  • Baku Bakı 7°C

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti dəyişdirilir

12.07.18 15:20 317
Bakıda daha bir yolda nəqliyyatın hərəkəti dəyişdirilir
Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yol ötürücü qovşağın altında- Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir.

Bu barədə "APA-Economics"ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

"Artıq Bakı Nəqliyyat Agentliyinin bununla bağlı hazırladığı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Fəzail Bayramov küçəsində geri dönmə yeri təşkil ediləcək ki, bunun sayəsində də sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, hazırda Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan sakinlər şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə daxil olmaq üçün yeni yoldan istifadə edə bilmirlər. Bu səbəbdən, onlar Babək vəXocalıprospektlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə pik saatlarda hər iki prospektin nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olur.
banner

Oxşar Xəbərlər