• cümə axşamı, 25 aprel, 02:36
  • Baku Bakı 19°C

Bakıda çoxmərtəbəli binada yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib

31.01.17 10:10 972
Bakıda çoxmərtəbəli binada yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib
Bu gün Bakı şəhəri, Xətai rayonundaçoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 4 nəfər bina sakini tüstüdən zəhərlənib və 30 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib.Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər