• cümə axşamı, 18 aprel, 07:49
  • Baku Bakı 12°C

Bakıda cibgirliklə məşğul olan Sumqayıt sakinləri saxlanılıb

07.04.18 14:00 778
Bakıda cibgirliklə məşğul olan Sumqayıt sakinləri saxlanılıb
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan, vətəndaşların pulunu, mobil telefonunu, onlara məxsus əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar.
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobuslarında ayrı-ayrı vaxtlarda Bakı şəhər sakini olan 4 nəfərin ciblərindən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nadir Mirzəyev saxlanılıb.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə metronun "Nizami” stansiyasının platformasında Şəmkir rayon sakini T.Hüseynovanın cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Şəmsiyev saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər