• cümə axşamı, 09 may, 00:20
  • Baku Bakı 15°C

Bakıda “CASPINDEXPO-2019” sərgisi keçiriləcək

02.11.19 17:00 1854
Bakıda “CASPINDEXPO-2019” sərgisi keçiriləcək
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara, kiçik və orta biznes sahələri üzrə fəaliyyət göstərən müəssisə və şirkət rəhbərlərinə, eləcə də sərgidə iştirak etməkdə maraqlı olan şəxslərə müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, noyabrın 6-8-də Bakı İdman Sarayında II "CASPINDEXPO-2019” beynəlxalq sənaye sərgisi təşkil olunacaq. Sərgi çərçivəsində noyabrın 7-də Bakı Biznes Mərkəzində yerli və xarici iş adamları və şirkət rəhbərlərinin iştirakı ilə biznes forum keçiriləcək. Sahibkarlar sərgi və biznes forumda iştiraka dəvət olunurlar.
Tədbirin təşkilatçısı "International Trade Fairs Group” şirkətidir.
banner

Oxşar Xəbərlər