• cümə axşamı, 25 aprel, 18:01
  • Baku Bakı 21°C

Bakıda böyük yol qovşağı kompleksi istismara hazırlanır

05.11.13 13:52 1794
Bakıda böyük yol qovşağı kompleksi istismara hazırlanır
Bakı şəhərinin Ziya Bünyadov prospektinin başlanğıcında inşa olunan yeni yol qovşağı kompleksinin 2014-cü ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.
Alı Mustafayev, Hüseynbala Əliyev və Abdulvahab Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişməsində tikilən yolayırıcı üç tuneldən və bir yol ötürücüsündən ibarət olacaq.
«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin «APA-Economics»ə verdiyi məlumata görə, ilk tunel avtomobillərin III mikrorayon bazarından Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin (keçmiş Karl Marks dairəsi) kəsişməsinə birbaşa çıxışını, ikinci və üçüncü tunellər (hər iki istiqamətdə) isə Abdulvahab Salamzadə küçəsindən Ziya Bünyadov və Azadlıq prospektlərinin birləşdiyi əraziyə birbaşa çıxışı təmin edəcək. «Öz növbəsində yol ötürücüsü Abdulvahab Salamzadə və Hüseynqulu Əliyev küçələrini birləşdirəcək».
Qeyd edək ki, birinci və ikinci tunellərin tikintisi yekunlaşma mərhələsindədir və artıq orada üzlük işləri aparılır. Üçüncü tunelin tikintisi çərçivəsində dirəklərin quraşdırılması işləri gedir, yol ötürücüsünün tikintisi ilə bağlı isə izolyasiya və asfaltlama işləri aparılır.
banner

Oxşar Xəbərlər