• cümə, 29 Mart, 09:15
  • Baku Bakı 5°C

Bakıda “Böyük Dəbilqə” turniri start götürüb

10.03.17 19:38 975
Bakıda “Böyük Dəbilqə” turniri start götürüb
Bu gün cüdo üzrə "Böyük Dəbilqə” turnirinin rəsmi açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev çıxış ediblər.
Onlar çıxışlarında vurğulayıblar ki, belə mötəbər yarışların Azərbaycanda təşkili ölkədə idmanın inkişafını yüksək səviyyədə olmağının sübutdu. İsmayılov cüdonun Azərbaycanda ən populyar idman növlərindən biri olduğunu deyib. O, fikirlərini idmançılarımızın uğurları ilə əlaqələndirib.
Yarışın təşkili üçün Azərbaycan prezidentiİlham Əliyevvə ACF-nın rəhbəri Rövnəq Abdullayevə minnətdarlığını bildirən İJF başçısı "Böyük Dəbilqə”nin ölkəmizdə ənənəvi keçirilməsinə şad olduğunu deyib: "Azərbaycan Cüdo Federasiyasını təbrik edirəm ki, onlar belə bir yarışın təşkilini öz üzərlərinə götürüblər. Mən növbəti bir neçə gündə də Bakıda olacam. Lazımı köməkliyi sizə etməyə hazıram”.
Rövnəq Abdullayev Azərbaycana gələn yığmaların rəhbərliyinə təşəkkürünü çatdırıb. O bildirib ki, bu turnir Azərbaycanda ənənəvi turnirə çevrilib və böyük bir cüdo bayramı kimi qəbul edilir: "Bu da gənclərin cüdo ilə məşğul olmasına, idmanın kütləviləşməsinə təkan verəcək”. Abdullayev ardınca yarışı açıq elan edib. Açılış bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, "Böyük Dəbilqə”də ümumilikdə 31 ölkədən 183 (110 kişi, 73 qadın) cüdoçu mübarizə aparır. Bu gün start götürən yarışın ilk günündə 7 dəst medal sahibini tapacaq. Bir günlük fasilədən sonra martın 12-də davam etdiriləcək turnirdə daha 7 çəki üzrə qaliblər müəyyənləşəcək. Azərbaycan "Böyük Dəbilqə”də 50 idmançı ilə təmsil olunur.
banner

Oxşar Xəbərlər