• şənbə, 20 Aprel, 08:30
  • Baku Bakı 14°C

Bakıda bu gün baş vermiş avtobus qəzasında 13 nəfər yaralanıb

08.07.13 10:42 1215
Bakıda bu gün baş vermiş avtobus qəzasında 13 nəfər yaralanıb
Bu gün Bakı şəhərində daha bir dəhşətli avtobus qəzasının baş berməsi barədə xəbəri yayımlamışdıq.
3 saylı Şəhər Klinik xəstəxanasından APA-ya verilən məlumata görə, xəstəxanaya xəsarətlə 13 nəfər daxil olub. Xəsarət alanların 3-ü uşaqdır. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza nəticəsində 1957-ci il təvəllüdlü İlyas Məmmədkərim oğlu Kərimovun idarə etdiyi “99-DM-427” dövlət nömrə nişanlı “Ford Transit” markalı yük avtomobili ilə, 1967-ci il təvəllüdlü Əhməd Nəsib oğlu Məmmədovun idarə etdiyi “10-TG-065” dövlət nömrə nişanlı “Temsa” markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində sərnişin avtobusu aşıb.
Sərnişin avtobusunun sürücüsünün verdiyi məlumata görə, qəzaya səbəb avtobusda texniki nasazlığın baş verməsidir.
banner

Oxşar Xəbərlər