• cümə, 19 Aprel, 03:12
  • Baku Bakı 18°C

Bakıda bu avtobus marşrutları ləğv edildi

09.06.16 14:23 1165
Bakıda bu avtobus marşrutları ləğv edildi
Aparılan optimallaşdırma və təkmilləşdirmə işləri ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyində (BNA) şəhər nəqliyyatının müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib.
Qurumdan "APA-Economics”ə verilən məlumata görə, görüş əsnasında qanunvericilikdən irəli gələn və BNA tərəfindən hazırlanan Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməyən daşıyıcılarla bağlı tədbir görüləcəyi sahibkarların diqqətinə çatdırılıb.
Təkmilləşdirmə işlərinin davamı olaraq müvafiq sərəncama uyğun şəkildə bu gün, iyunun 9-dan etibarən 16, 18 və 96 saylı marşrut xətləri sözügedən tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğundan BNA tərəfindən xətdən çıxarılıb. Tələblərə uyğun olmayan marşrut xətləri ilə bağlı analoji tədbirlər mərhələli şəkildə davam edəcək.
Əlavə olaraq qeyd edilib ki, daşıyıcı şirkət standartlara və tələblərə cavab verən müasir avtobuslar təklif edərsə alternativ yeni xətlərdə həmin daşıyıcı şirkətlərin xidmətləri dəyərləndiriləcək.
banner

Oxşar Xəbərlər