• şənbə, 20 Aprel, 16:53
  • Baku Bakı 23°C

Bakıda BMX üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub

09.06.18 10:15 819
Bakıda BMX üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunub
Avstraliya mətbuatı Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatı barədə geniş məlumat yayıb. Avstraliya saytlarında bu ölkənin velosipedçilərinin Bakı mundialında iddiaçılar sırasında olduğu qeyd olunub.
AZƏRTACAvstraliya mətbuatına istinadla xəbər verir ki, bir əsrdən artıq yaşı olan milli velosiped yığmasının heyətində "Rio-2016” Yay Olimpiya Oyunlarının iştirakçısı Antoni Din və Lauren Reynolds, həmçinin ölkənin ən yüksək səviyyəli idmançılarından olan Kai və Saya Sakakibara medallara iddiaçıdırlar.
Həmçinin avstraliyalı Cek Devisin Bakı çempionatında yaşıdları arasında ən yaxşı velosipedçi olduğu və Azərbaycana dünyanın ən güclü idmançılarının topaşdığı qeyd edilib.
Yazılarda Bakıdakı BMX arenasının beynəlxalq standartlara tam cavab verdiyi, yarışın yüksək səviyyədə təşkil olunduğu, həmçinin gələn qonaqlar üçün əyləncə zonasının yaradıldığı xüsusi vurğulanıb.
Qeyd edək ki, BMX üzrə dünya çempionatında 43 ölkədən 1500-dək velosipedçi birincilik uğrunda mübarizə aparır.
banner

Oxşar Xəbərlər