• şənbə, 20 Aprel, 06:09
  • Baku Bakı 14°C

Bakıda “Biz sizi unutmadıq-5” - Fotolar

07.03.17 17:31 1021
Bakıda “Biz sizi unutmadıq-5” - Fotolar
Martın 7-də səhər saat 6:00-dan başlayaraq "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paytaxtın müxtəlif yerlərində "Biz sizi unutmadıq - 5” adlı aksiya keçirib.
Birlikdən verilən məlumata görə, "Yeni Üfüq” İB-nin üzvləri Bakının ayrı-ayrı küçələrində təmizlik işlərini həyata keçirən zəhmətkeş Azərbaycan qadınlarını təbrik ediblər.
Aksiyanın əsas məqsədi 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə ən çox zəhmətə qatlaşan, paytaxtın təmizlənməsində hər zaman xüsusi xidmətləri olan fədakar anaları sevindirmək olub.
"Yeni Üfüq” İB-nin sədri Sevinc Əzimbəyli deyib ki, artıq 5 ildir 8 Mart bayramı öncəsi paytaxtda "Biz sizi unutmadıq” adlı aksiya keçirilir:
"Hər il bu aksiyanı həyata keçirməklə üzərimizdə daha çox haqqı olan mübariz qadınlarımıza cəmiyyətin biganə qalmadığını nümayiş etdiririk, digər tərəfdən zəngin insanlarımıza bir mesaj veririrk ki, şəhərin təmizlənməsində rol oynayan analarımıza öz qayğılarını əsirgəməsinlər.

Çox sevindirici haldır ki, bu il "Biz sizi unutmadıq – 5a” adlı aksiyamıza dəstək olaraq, onlarla xeyirsevər gənclərimiz Bakıda fərdi şəkildə bu aksiyaya qoşulmaqla özhəmrəyliklərini bildiriblər”.
Qeyd edək ki, aksiya zamanı Bakının müxtəlif küçələrində kommunal xidmət işçilərinə bayram hədiyyələri və qızılgüllər təqdim edilib.





banner

Oxşar Xəbərlər