• cümə, 26 Aprel, 18:54
  • Baku Bakı 22°C

Bakıda biri uşaq olmaqla 3 nəfəri it dişləyib

12.05.19 10:19 461
Bakıda biri uşaq olmaqla 3 nəfəri it dişləyib
Bakının bir neçə rayonunda itdişləmə hadisəsi qeydə alınıb.
"Report" xəbər verir ki, zərərçəkmişlərdən biri uşaqdır.
Paytaxtın Nizami rayonu, Qara Qarayev metrostansiyası yaxınlığında ev iti sahibinin7 yaşlıoğluVüsal Məmmədlinin sol əl nahiyəsindən dişləyib.
Uşaq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurulub və ambulator müalicəyə buraxılıb.
Daha bir analoji hadisə 1954-cü il təvəllüdlüMövsümov Asif Əli oğlunun başına gəlib. Onu Nizami rayonu, Koroğlu Rəhimov küçəsində it dişləyib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Başqa bir hadisə isə Qaradağ rayonunun Lökbatan qəsəbəsində olub. 1990-cı il təvəllüdlüQurbanov Tural Ələkbər oğluküçə itlərinin hücumuna məruz qalıb. T.Qurbanov sağ baldırın çoxsaylı dişlənmış yaraları ilə xəstəxanaya aparılıb.

banner

Oxşar Xəbərlər