• cümə, 19 Aprel, 01:59
  • Baku Bakı 18°C

Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri barəsində cinayət işi başlanıb

01.06.17 11:45 1298
Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri barəsində cinayət işi başlanıb
Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri barəsində cinayət işi başlanıb.
APA-nın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, "İdeal-İ İnşaat” MMC-nin direktorunun müqavilə əsasında satılmış mənzilləri təkrarən başqa şəxslərə satması faktlarına görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq tədbirləri davam etdirilir.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Xətai rayonu ərazisindəXocalıprospekti 29 saylı ünvanda cəmiyyət tərəfindən yeni tikilmiş binaların müqavilə əsasında satışını həyata keçirən direktoru Çingiz Məmmədovun vətəndaşlara satılmış mənzilləri təkrarən başqa şəxslərə sataraq onlara ümumilikdə 641 min manat məbləğində ziyan vurmasında əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hazırda yol verilmiş qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər