• cümə, 29 Mart, 00:30
  • Baku Bakı 7°C

Bakıda bir həftədə 1337 nəfər xəstəxanalara yerləşdirilib

07.08.18 16:15 460
Bakıda bir həftədə 1337 nəfər xəstəxanalara yerləşdirilib
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son bir həftə ərzində iyulun 30-dan avqustun 5-dək 13763 ümumi müraciət daxil olub.
Trend-in məlumatına görə, onlardan 1337 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 1704, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 225 olub.
Miokard infarktı ilə müraciətlərin sayı 12, hospitalizasiya 12; insultla müraciətlərin sayı 52, hospitalizasiya 52; cərrahi xəstəliklərlə bağlı müraciətlərin sayı 112, hospitalizasiya 112, doğuşla bağlı müraciətlərin sayı 57, hospitalizasiya 57; zədə ilə bağlı müraciətlərin sayı 326, hospitalizasiya 307; 23 avtoqəza hadisəsi nəticəsində xəsarət alanların sayı 30, hospitalizasiya 25 olub.
banner

Oxşar Xəbərlər