• cümə, 26 Aprel, 17:41
  • Baku Bakı 23°C

Bakıda binalarda poliuretan üzlüklərin sökülməsinə başlanıb

21.05.15 06:32 1026
Bakıda binalarda poliuretan üzlüklərin sökülməsinə başlanıb
Binəqədi rayonu ərazisində bəzi yaşayış binalarında poliuretan üzlüklərin sökülməsinə başlanıb.
Bunu APA-ya açıqlamasında Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov deyib.
İH başçısı bildirib ki, bu işlər Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının rəyinə əsasən aparılır.
Onun sözlərinə görə, bunlar Azadlıq prospekti 30, 24, 18, 14 ünvanlarında yerləşən 16 mərtəbəli binalardır: “Bütün binalarda olan üzlüklərin sökülməsi ilə bağlı Dövlət Komissiyası rəy verəcək”.
banner

Oxşar Xəbərlər