• şənbə, 20 Aprel, 13:55
  • Baku Bakı 23°C

Bakıda binada yanğın olub, 2 nəfər xilas edilib

18.01.17 10:45 992
Bakıda binada yanğın olub, 2 nəfər xilas edilib
Bu gecə Bakı şəhəri, Yasamal rayonunda altımərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 85 m2olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizin və eyvanının yanar konstruksiyaları 46 m2sahədə yanıb, 2 otaq 22 m2sahədə qarsalanıb.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, 4-cü mərtəbədə yaşayan vətəndaşa məxsus ümumi sahəsi 90 m2olan 3 otaqlı mənzilin eyvanında yüksək temperaturdan lambirdən ibarət məhəccər 2 m2sahədə əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-cü mərtəbədə yaşayan 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər