• cümə axşamı, 28 mart, 13:26
  • Baku Bakı 16°C

Bakıda beynəlxalq sığorta konfransı keçiriləcək

11.06.18 16:16 824
Bakıda beynəlxalq sığorta konfransı keçiriləcək
İyunun 20-21-də Bakıda "Azərbaycanda sığorta – yeni perspektivlər" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
AZƏRTACkonfransın saytına istinadən xəbər verir ki, konfrans Azərbaycanda yerli bazarın inkişafı ilə yanaşı, biznes tərəfdaşlığının gücləndirilməsində maraqlı olan bütün vacib subyektləri bir araya gətirəcək. Tədbirdə Qafqaz regionunda sürətlə böyüyən sığorta bazarına təsir edən ən son tendensiyaların müzakirəsi aparılacaq.
Konfransda "Yerli sığorta bazarına baxış: güc və imkanların genişləndirilməsi", "İcbari sığorta siniflərinin tətbiqi üzrə beynəlxalq təcrübə", "Kənd təsərrüfatı sığortasında risklərin qiymətləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi yolları", "İnklüziv sığorta və mikrosığorta: yerli bazar üçün ən uyğun təcrübələr" kimi mövzular müzakirə olunacaq.
Tədbirin ikinci günündə "Yeni inkişaf lokomotivlərinin hazırlanması" mövzusunda xüsusi seminar təşkil ediləcək.
banner

Oxşar Xəbərlər