• cümə, 26 Aprel, 00:40
  • Baku Bakı 16°C

Bakıda beş nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb

06.12.17 11:10 3039
Bakıda beş nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb
Bakıda beş nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.
Qaradağ rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes" markalı yük avtomobili və "Mercedes" markalı minik avtomobili toqquşub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​
APA-nın əldə etdiyi məlumata görə, Xocəsən-Lokbatan yolunda baş verən qəza nəticəsində, 2-siazyaşlı qız olmaqla, 5 nəfər ölüb. Qəzanın beşinci qurbanıaltıaylıq Hüseynova Cənnət İntamiz qızı olub. Məlumata görə, qohumlar Ağcabədidən yas mərasimindən qayıdırmışlar.
banner

Oxşar Xəbərlər