• cümə, 19 Aprel, 02:55
  • Baku Bakı 18°C

Bakıda baş verən partlayışda xəsarət alan şəxsin adı məlum olub

27.01.18 12:30 742
Bakıda baş verən partlayışda xəsarət alan şəxsin adı məlum olub
Bakıda yaşayış binasında partlayış olub.
APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında qeydə alınıb.
Hazırda hadisə yerində araşdırma aparılır.
"Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında partlayışın baş verdiyi əraziyə gəlib.
"Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur.
"Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və MTK-ya məxsus qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.
"Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.
Onu da qeyd edək ki, Bakıda baş verən partlayışda xəsarət alan şəxsin adı məlum olub. Məlumata görə, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən həmin şəxs 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudovdur. Onun vəziyyəti ağır qiymətləndirilir.
banner

Oxşar Xəbərlər