• çərşənbə axşamı, 19 mart, 12:21
  • Baku Bakı 8°C

Bakıda bankir oğlunun ölümü ilə bağlı cinayət işi başlandı

18.02.20 15:48 3406
Bakıda bankir oğlunun ölümü ilə bağlı cinayət işi başlandı
Bakıda 16 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi başlanıb.
Trend-in əldə etdiyi məlumata görə, fevralın 17-də paytaxtın Nərimanov rayonu, M.Araz küçəsi ev 2 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, "Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin oğlu anasının vurduğu iynədən sonra anafilaktik şok keçirib və həkimlərin səyinə baxmayaraq, oğlanı həyata qaytarmaq mümkün olmayıb.
banner

Oxşar Xəbərlər