• cümə axşamı, 18 aprel, 14:16
  • Baku Bakı 22°C

“Bakıda balıq bazarının olmaması böyük çatışmazlıqdır”

21.07.17 19:20 2105
“Bakıda balıq bazarının olmaması böyük çatışmazlıqdır”
"Son illər həm Bakıda, həm də demək olar bütün regionlarda içməli su layihələri uğurla icra edilir. Bakı şəhərinin içməli su ilə təminatı yaxşılaşır və hələ gələcəkdə görüləcək işlər çoxdur”.APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentiİlham ƏliyevPirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılışında iştirakı zamanı deyib.

Prezident bildirib ki, Pirallahıya çəkilən 80 km uzunluğunda su xətti böyük vəsait tələb edən layihədir: "Çünki Ceyranbatandan Pirallahıya, Gürgana, eyni zamanda Xəzər rayonunun Zirə və Türkan qəsəbələrinə xətt çəkilib. Bir neçə il əvvəl Ceyranbatan su anbarında böyük təmizləyici qurğular kompleksi istifadəyə verilmişdi ki, bu da dünya miqyasında ən böyük təmizləyici qurğudur”.

Azərbaycan prezidenti qeyd edib ki, həm Gürgan, həm də Pirallahı qəsəbələrinə içməli təmiz su veriləcək: "Bu, çox böyük hadisədir. Burada yaşayan insanlar çox yaxşı bilirlər ki, burada içməli su problemi insanları həmişə çox narahat edirdi, incidirdi. İndi isə vətəndaşlara 24 saat ərzində təmiz, bütün ekoloji standartlara uyğun, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su verilir. Bu, çox iri, böyük vəsait tələb edən, sırf sosial xarakter daşıyan layihədir ki, vətəndaşlara təmiz içməli su verilsin. Çünki su insanın həyatında əsas amillərdən biridir. Su sağlamlıqdır, təmizlikdir”.
Prezidentİlham Əliyevbildirib ki,Azərbaycanda əvvəllər də, elə bu gün də dərman istehsalı fabrikləri demək olar ki, yoxdur: "Biz birinci fabrikləri buraya saldıq. İki fabrikin tikintisi gedir. Oraya qoyulacaq sərmayənin həcmi təqribən 100 milyon dollara bərabərdir. Burada iş yerləri, yeni istehsal sahələri yaradılacaq”.

Dövlət başçısı qeyd edib ki, Pirallahı rayonunun inkişafı ilə bağlı bütün digər məsələlərə kompleks şəkildə yanaşılıb: "Burada bütün infrastruktur məsələləri həll olunur. Gözəl körpü tikilib. Həmin körpünün tikilməsi də bu bölgənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına hesablanıb. İndi Xəzər dənizinin təbii axını təmin olunub. Əvvəllər burada, dənizdə müəyyən durğunluq var idi. İndi isə bu körpünün altından dəniz suları axır, eyni zamanda, gələcəkdə gəmilərlə, yaxtalarla Bakıdan buraya gəlmək mümkün olacaq. Körpü də nəhəng bir infrastruktur layihəsidir, uzunluğu 700 metrdən çoxdur. Aeroport yolundan Pirallahıya dördzolaqlı geniş, gözəl yol salınıb. Bu da ən yüksək standartlara cavab verir. İndi bu yolla gəldim, adamın gözünü oxşayır. Əvvəlki yol nə vəziyyətdə idi, siz hamıdan yaxşı bilirsiniz. Ona görə bu əsas infrastruktur layihələrinin icrası əlbəttə ki, yeni imkanlar yaradır. Qazlaşdırma tam təmin olunub, elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Bu gün biz yeni Günəş Elektrik Stansiyasının açılışını qeyd edəcəyik. Sosial infrastruktur yaradılır, 85 yerlik xəstəxana, bir neçə məktəb, istilik təchizatı, 70-dən çox yaşayış binası təmir olunub, parklar salınır, yeni müəssisələr yaradılır”.
Prezident bildirib ki, bu günə qədər Bakı şəhərində balıq bazarı olmayıb. Bu, böyük çatışmazlıqdır. Çünki dəniz kənarında yerləşən şəhərlərin əksəriyyətində balıq bazarları olur.Dövlət başçısı qeyd edib ki, bu balıq bazarları həm vətəndaşlara xidmət edir, eyni zamanda, bir növ turizm zonasına çevrilir: "İndi burada gözəl bir kiçik bulvar salınıb, balıq bazarı var, balıq yetişdirmə müəssisəsi yaradılır. Turizmin inkişafı bundan sonra sürətlə gedəcək. Gürgan qəsəbəsində böyük turizm layihəsi var. İndi Pirallahı da gözəl bir cənnət yerə çevrilib. Burada həm Pirallahı, həm bütün Bakı sakinləri, Azərbaycan vətəndaşları və qonaqlar üçün çox gözəl şərait yaradılıb”.
banner

Oxşar Xəbərlər