• cümə axşamı, 25 aprel, 10:31
  • Baku Bakı 14°C

Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək

11.09.18 10:24 449
Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək
Sentyabrın 12-də Bakıda Azərbaycan-Çexiya biznes-forumu keçiriləcək.
Bu barədə Trend-ə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan məlumat verilib.
Foruma Çex Respublikası iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin qatılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanla Çexiya arasında əmtəə dövriyyəsi bu ilin yanvar-iyulunda 473 milyon dollar təşkil edib. Bunun təqribən 394,3 milyon dolları Azərbaycan məhsullarının Çexiyaya ixracının payına düşür.
banner

Oxşar Xəbərlər