• cümə, 26 Aprel, 19:10
  • Baku Bakı 22°C

Bakıda avtomobildə yanğın olub

11.03.21 10:15 463
Bakıda avtomobildə yanğın olub
Bakının Yasamal rayonunda yanğın baş verib.
APAxəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.
Hərəkətsiz vəziyyətdə olan 99-NV-914 dövlət qeydiyyat nişanlı "Hyundai” markalı avtomobilin mühərrik hissəsi qəfildən alovlanıb. Avtomobilin xanım sürücüsü ətrafdakıları köməyə çağırıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb və alovun ətrafa keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Hadisənin səbəbi araşdırılır.
banner

Oxşar Xəbərlər