Bakıda avtomobil yolunu bağlayan şəxslə bağlı araşdırmalara başlandı

Bakıda avtomobil yolunu bağlayan şəxslə bağlı araşdırmalara başlandı

Kriminal
13 Noyabr 2019, 11:23 314
Sosial şəbəkələrdə Bakıda naməlum şəxsin küçədə avtomobil yolunu bağlaması və avtomobillərin hərəkətinə mane olması barədə video yayılıb. Videogörüntülərdə 1 nəfər avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermir.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır: "Videogörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Hadisə ilə bağlı müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək”.