AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda avtomobil yanıb, ölən və yaralanan var

Bakıda avtomobil yanıb, ölən və yaralanan var

Kriminal
07 Avqust 2013, 08:01 897
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Böyükşor qəsəbəsində qeydə alınıb. Rasim Sabir oğlu Abdullayevin idarə etdiyi 90 FC 251 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil maneəyə çırpılıb.

Qəza nəticəsində avtomobil yanıb. Avtomobildə olan sərnişin, 1974-cü il təvəllüdlü Müşfiq Kamil oğlu Məmmədov ölüb, digər sərnişin Mais Təhməzov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.