• cümə axşamı, 25 aprel, 03:29
  • Baku Bakı 19°C

Bakıda avtomobil oğrusu yaxalandı

02.11.19 13:06 769
Bakıda avtomobil oğrusu yaxalandı
Noyabrın 1-nə keçən gecə paytaxtın Moskva prospektindən Bakı şəhər sakini O.İsmayılova məxsus "Mercedes” markalı avtomobilin qaçırılması barədə DİN-in "102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil A.Mustafayev küçəsində qabaq sağ şüşəsi sınmış vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb.
​Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun noyabrın 1-nə keçən gecə Y.Vəzirov və N.Məlikov küçələrində "Range Rover” markalı avtomobildən videoqeydiyyat qurğusu, "KİA” markalı avtomobildən içərisində 700 manat olan pulqabı və "Ford” markalı avtomobildən 2 ədəd çanta oğurlaması da müəyyən edilib.
​Nəsimi RPİ-də araşdırma aparılır.
banner

Oxşar Xəbərlər