• şənbə, 27 Aprel, 03:22
  • Baku Bakı 14°C

Bakıda avtobus sürücüsünü döyən şəxslər həbs olunub

05.10.18 09:52 597
Bakıda avtobus sürücüsünü döyən şəxslər həbs olunub
Bakıda avtobus sürücüsünü döyən şəxslər həbs olunub.
Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində, "Əhmədli" metrostansiyasının qarşısında baş verib.
Zəngilan rayonunda anadan olmuş, Suraxanı rayon sakini, 1993-cü il təvəllüdlü Fərmanov Məmmədrza Şamo oğlu və qardaşı, 1994-cü il təvəllüdlü Fərmanov Asəf Şamo oğlu "Əhmədli" stansiyasının qarşısında marşrut avtobusunun sürücüsü, Naxçıvan sakini, 1970-ci il təvəllüdlü Əsədov Bayram Lətif oğlunu qəsdən döyüb bədən xəsarətləri yetiriblər.
Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb və hadisəni törədən hər iki şəxs saxlanılıb.
banner

Oxşar Xəbərlər