• şənbə, 20 Aprel, 06:01
  • Baku Bakı 14°C

Bakıda avtobus qəzası: 3 ölü, 2 yaralı

10.07.13 08:45 1890
Bakıda avtobus qəzası: 3 ölü, 2 yaralı
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat saatlarında aeroport yolunun Suraxanı rayonundan keçən hissəsində qeydə alınıb.
171 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu bir neçə avtomobillə toqquşub. Qəza nəticəsində ölən və xəsarət alanlar var.
Qəza nəticəsində aeroport yolunda böyük tıxac yaranıb.
X X X
Aeroport şossesində baş verən yol qəzasında üç nəfər ölüb, iki nəfər xəsarət alıb.
3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, yaralılar İqtisad Universitetinin tələbəsi, 1995-ci il təvəllüdlü Vüqar Kərimov və 1988-ci il təvəllüdlü Elşən Kərimovdur.
Xəstəxanadan həmçinin bildirilib ki, qəza nəticəsində 3 nəfər ölüb.
Hazırda ölən şəxslərin şəxsiyyəti dəqiqləşdirilir.
banner

Oxşar Xəbərlər