• şənbə, 20 Aprel, 18:23
  • Baku Bakı 24°C

Bakıda avtobus gözləmə yerlərində oturacaqlardan istifadəyə qadağa qoyuldu

29.03.20 10:52 865
Bakıda avtobus gözləmə yerlərində oturacaqlardan istifadəyə qadağa qoyuldu
Xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlar özünütəcrid tədbirlərinə adekvat davranmırlar.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşır ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma riskini artırır.
Qeyd edilənləri nəzərə alaraq, "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar skamyalar və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyulub:
"Vətəndaşlarımızdan xahiş edirik ki, xüsusi karantin rejimi davam etdiyi müddətdə "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yalnız müntəzəm marşrut xətləri üzrə avtobusların xidmətlərindən istifadə etsinlər. Həmçinin, tövsiyə edirik ki, özünütəcrid tədbirlərinə uyğun davransınlar, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməkdən çəkinsinlər".
banner

Oxşar Xəbərlər