• cümə axşamı, 28 mart, 21:58
  • Baku Bakı 13°C

Bakıda ata qızına ikinci həyat verdi

14.11.13 13:48 1416
Bakıda ata qızına ikinci həyat verdi
Bu gün Respublika Diaqnostika Mərkəzində böyrək köçürməsi üzrə ilk əməliyyat keçirilib. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, noyabrın 13-də xəstəxanaya böyrək çatışmazlığının terminal mərhələsində 24 yaşlı qız daxil olub. Xəstəxananın əməkdaşları dərhal pasiyenti əməliyyata hazırlayıblar. Donorun olması işi asanlaşdırıb. Qızın doğma atası öz böyrəyini qızına verib.
Böyrək köçürülməsi əməliyyatı iki mərhələdən ibarət olub. Birinci mərhələdə donorun böyrəyi götürülüb. İkinci mərhələ isə həmin böyrəyin xəstəyə köçürülməsi olub. Hər əməliyyat təxminən üç saat çəkib.
banner

Oxşar Xəbərlər