• cümə, 29 Mart, 14:53
  • Baku Bakı 14°C

Bakıda Aşura mərasimində faciə: iki azyaşlı qız öldü

14.11.13 10:09 1163
Bakıda Aşura mərasimində faciə: iki azyaşlı qız öldü
APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Maştağa qəsəbəsində qeydə alınıb.
Maştağa qəsəbəsində yerləşən məscidin qarşısında Ruslan Mustafayev idarə etdiyi “Mercedes” markalı maşınla azyaşlılar Aytac Vüqar qızı Məmmədovanı və Jalə Elmar qızı Muradovanı vurub. Nəticədə hər iki piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüblər.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən azyaşlılar və sürücü ötən gecə Maştağa qəsəbəsindəki məsciddə keçirilən Aşura mərasimlərinə qatılıblarmış. Hadisə də səhər saatlarında, məscidə toplaşan adamlar dağılışan zaman qeydə alınıb. Sürücü hadisəni yuxulu olduğu üçün törətdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
banner

Oxşar Xəbərlər