• cümə axşamı, 28 mart, 16:07
  • Baku Bakı 16°C

Bakıda AŞPA Daimi Komitəsinin iclası keçirilir

23.05.14 08:05 1123
Bakıda AŞPA Daimi Komitəsinin iclası keçirilir
İclası AŞPA sədri, xanım Anna Brassör açıq elan edib.
O, AŞPA Nazirlər Komitəsinə sədrliyi üzərinə götürdüyü üçün Azərbaycanı təbrik edib, bildirib ki, bu sədrlik çətin dövrə təsadüf edib.
AŞPA rəhbəri bunu əsasən Ukraynadakı vəziyyətlə əlaqələndirib, qeyd edib ki, üzv ölkələrin ərazi bütövlüyü vacib məsələdir.
İclasda AŞPA prezidenti Anna Brassör, AŞ-nin baş katibi Tyorbörn Yagland, Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov, AŞPA Nazirlər Komitəsinin sədri, Azərbaycan xarici işlər naziri Elmar Məmədyarov, üzv ölkələrin nümayəndə heyətləri və digər qonaqlar iştirak edir.
Daimi Komitənin iclası Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutur.
İclasda miqrantlar və qaçqınlar arasında AIDS-ə qarşı mübarizə, miqrant uşaqların hüquqları, Milli İnsan Hüquqları institutları ilə parlamentlər arasında bərabərlik və qeyri-ayrıseçkilik məsələləri üzrə əməkdaşlığın təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunacaq./apa/
banner

Oxşar Xəbərlər