• cümə axşamı, 25 aprel, 12:36
  • Baku Bakı 23°C

Bakıda aşan yük maşını 4 min manat ziyan vurdu

06.11.14 17:10 1315
Bakıda aşan yük maşını 4 min manat ziyan vurdu
Ötən gün Zığ-Aeroport şossesində hava limanından Zığ dairəsi istiqamətinə gedən yolun 19-cu kilometrliyində baş vermiş yol qəzası nəticəsində dəyən ziyanın miqdarı bəlli olub.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, qəzanın baş verdiyi ərazi dərhal təmizlənib, qaldırıcı kran vasitəsilə aşan avtomobil ərazidən uzaqlaşdırılıb: “Sürücü hadisə yerini tərk etdiyi üçün protokol tərtib edə bilmədik”.
P.Mürsəliyev qeyd edib ki, 24 poqonmetr əyri xətli tir sıradan çıxıb: “Yol təsərrüfatına 4 min manata yaxın ziyan dəyib”.
banner

Oxşar Xəbərlər