• cümə, 19 Aprel, 05:35
  • Baku Bakı 18°C

Bakıda arvadını öldürən kişi ölkədən qaçmaq istəyərkən tutulub

20.12.17 10:50 1489
Bakıda arvadını öldürən kişi ölkədən qaçmaq istəyərkən tutulub
Bakıda arvadını qətlə yetirərək hadisə yerindən qaçan şəxs ölkə ərazisini tərk etmək istəyərkən tutulub.
Binəqədi rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, Rasim Çəltikov Rusiyaya qaçmaq istəyərkən tutularaq istintaqa təhvil verilib.
***
09.55
Bakıda qətl törədilib.
APA-nın məlumatına görə, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədən, korpus 124, ev 61 ünvanında yaşayan, 1965-ci il təvəllüdlü Rasim Qara oğlu Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arifə Həsən qızı Çəltikovaya boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib.
Qadın hadisə yerində keçinib. R. Çəltikov hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
banner

Oxşar Xəbərlər