• cümə, 19 Aprel, 07:18
  • Baku Bakı 13°C

Bakıda ana və körpəsini maşın vurub, körpə ölüb

16.04.21 09:15 617
Bakıda ana və körpəsini maşın vurub, körpə ölüb
Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APAxəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.
Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızı və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu "BMW" markalı nəqliyyat vasitəsi vurub. Hadisə nəticəsində 1 yaşlı F.Yusifov ölüb.Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
banner

Oxşar Xəbərlər