• şənbə, 27 Aprel, 07:32
  • Baku Bakı 12°C

Bakıda ali maliyyə nəzarəti orqanlarının fəaliyyətinə dair seminar keçirilir

20.02.18 11:50 436
Bakıda ali maliyyə nəzarəti orqanlarının fəaliyyətinə dair seminar keçirilir
Bu gün Bakıda Hesablama Palatasının təşkilatçılığı ilə Ali Maliyyə Nəzarəti Orqanlarının (AMNO) fəaliyyətində səmərəliliyin qiymətləndirilməsi təcrübəsində keyfiyyət göstəricilərinin əhəmiyyəti” mövzusunda seminar işə başlayıb.

"APA-Economics"in məlumatına görə, 2017-ci il sentyabr ayının 5-6-da Bakıda keçirilmişMDBüzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının Rəhbərlər Şurasının XVII sessiyasında qəbul olunmuş iş planına əsasən, Azərbaycan Hesablama Palatasının sədrliyi ilə iki gün davam edəcək seminarda Rusiyanın Hesablama Palatasının, Belarusun Dövlət Nəzarət Komitəsinin, Qazaxıstanın dövlət büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin, Qırğızıstan Hesablama Palatasının nümayəndə heyətləri iştirak edirlər. Tədbirdə iştirakçı qurumların nümayəndə heyətlərinin mövzu üzrə məruzələri dinləniləcək, müzakirələr aparılacaq.

Eyni zamanda fevralın 21-də Azərbaycan və Rusiya Hesablama Palataları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində sosial təminat üzrə ödənişləri həyata keçirən fondların auditi, eləcə də tibb, təhsil, mədəniyyət, kinemotoqrafiya və tibbi sığorta sahələrinə ayrılmış büdcə vəsaitlərinin auditi üzrə təcrübə mübadiləsi aparılacaq.
banner

Oxşar Xəbərlər